Fərid Qayıbov ləğv etdirdiyi qurumdan DANIŞDI: “Belə federasiyanı tanımırıq”

İdman

“Biz düşündük ki, yeni loqoya ehtiyac var. Belə qərara gəldik ki, yeni loqo üçün elan verək”.

Oxu.Az-ın xəbərinə görə, bunu gənclər və idman naziri Fərid Qayıbov bildirib.

O bu gün ictimaiyyətə çatdırılan nazirliyin yeni loqosu barədə fikirlərini diqqətə çatdırıb: “100-dən artıq bizə təklif gəldi. Sonda bu loqonun üzərində seçim etdik. Xeyirli olsun. Düşünürəm ki, bu loqo müasir tələblərə cavab verir”.

O daha sonra ötən ay statusu ləğv olunan, sabiq vergilər naziri Fazil Məmmədovun prezidenti olduğu Otüstü Hokkey Federasiyasından danışıb:

“Kollegiya qərarı ilə bu federasiyanın statusu ləğv olunub. Biz belə bir qurum tanımırıq. Əgər bu idman növü üzrə növbəti federasiya yaranarsa, icra orqanlarından keçdikdən sonra müvafiq sənədlər Attestasiya Komissiyasında baxıla bilər”.

Səbuhi Musa

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.