Region Liqasında komandaların rəqibləri bilindi – FOTO

İdman

Bu gün AFFA-nın inzibati binasında Region Liqasının play-off mərhələsinin püşkü atılıb.

Oxu.Az püşkün nəticəsinə əsasən pley-offda qarşılaşacaq komandaları nəzərinizə çatdırır. İlk oyunlar 26-27 mart, cavab qarşılaşmaları isə 2-3 aprel tarixlərində keçiriləcək.

Pley-off mərhələsi

1. “Energetik” (Mingəçevir) – “Ümid” (Cəlilabad)

2. “İmişli” – “Cəbrayıl”

3. “Ağsu Siti” – “Karvan” (Yevlax)

4. “Qusar” – “Ağstafa”

5. “Astara” – “Füzuli”

6. “Xan Lənkəran” – “Şirvanovka” (Qusar)

1/4 final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

3-cü cütün qalibi – 4-cü cütün qalibi

5-ci cütün qalibi – 6-cı cütün qalibi

Qeyd edək ki, Naxçıvan Region Liqasının qalibi 4-cü komanda kimi yarımfinala vəsiqə qazanacaq. Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir