Maradona FIFA 22-dən çıxarıla bilər

İdman

“EA Sports” Dieqo Maradona kartlarını FIFA 22-dən çıxara bilər.

Hazırda argentinalı futbolçu FİFA 22-də öz mövqeyində ən yaxşı oyunçulardan biri olmaqla “kumir” kimi təqdim olunur.

Qərarın səbəbi müəllif hüquqları ola bilər. Belə ki, “Electronic Arts” futbolçunun keçmiş meneceri Stefano Çeçi ilə razılaşmadan sonra müvafiq lisenziyanı əldə edib. Lakin məhkəmədə Çeçi belə bir sövdələşməyə qanuni səlahiyyətinin olduğunu sübut edə bilməyib.

Hazırda Maradonanın imicinin hüquqlarına rəsmi sahib olan “Sattvica” şirkətilə ilə “EA Sports” arasında yeni lisenziya müqaviləsinin müzakirə edilib-edilməyəcəyi məlum deyil.

Mənbə: sports.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir