Azərbaycan Premyer Liqası dünya reytinqinin ilk üçlüyünə düşüb

İdman

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın ən yaxşı 90 liqasının siyahısını açıqlayıb.

“Report” xəbər verir ki, Azərbaycan Premyer Liqası 1 069 günlük göstərici ilə üçüncü pillədə qərarlaşıb. Ölkə çempionatı UEFA sıralamasında da eyni mövqedə yer alıb.

Birinci pilləni Şimali İrlandiya Premyer Liqası (1 563 gün), ikinci sıranı isə Uels Premyer Liqası (1 348) tutur.

Ən çox baş məşqçi istefasının gerçəkləşdiyi ölkələrdən biri Türkiyədir. Bu səbəbdən Superliqa 217 günlük dünya reytinqində 80-ci, Avropada isə 46-cı yerdə qərarlaşıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir