Azərbaycanlı hakim Yunanıstan millisinin oyununa təyinat aldı

İdman

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

Oxu.Az-ın məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət Yunanıstan millisinin evdə Lixtenşteynə qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun baş hakimi olacaq.

Cabbarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, görüş martın 25-də baş tutacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir