“Goal” Zaxaryanı dünyanın ən yaxşı gənc futbolçuları siyahısından çıxarıb

İdman

“Goal” Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanı dünyanın ən yaxşı futbolçuları siyahısından çıxarıb.

İlkin olaraq yarımmüdafiəçi Avropa klubları arasında ən yaxşı gənc futbolçular reytinqində 11-ci pillədə qərarlaşsa da, yenilənmiş reytinqdə Zaxaryan yekun siyahıda yer almayıb. Hazırda 11-ci yerdə “No player” imzası var.

“Goal” FİFA və UEFA-nın Rusiyanın Ukraynadakı hərbi əməliyyatına görə Rusiya komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırdıqdan sonra 11-ci yeri vakant etmək qərarına gəlib.

Mənbə: “Çempionat”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir