“Mançester Siti” və “Real” Holand uğrunda mübarizə aparır

İdman

“Mançester Siti” və “Real” Erlinq Holandı transfer etmək uğrunda mübarizə aparır.

Ötən həftə artıq Dortmund “Borussiya”sının hücumçusu “Mançester Siti”nin həftəlik 600 000 avro təklifini geri çevirib. Sözügedən müqavilə üzrə onun illik 27-28 milyon avro qazanması nəzərdə tutulub. Norveçli futbolçu hələlik Mançester təmsilçisinə qəti rədd cavabı verməyib.

O, Madrid “Real”ının da təklifini eşitdikdən sonra qərar vermək istəyib.

Qeyd edək ki, Holand cari mövsümdə “Borussiya”nın heyətində 23 qarşılaşmada 23 qol vurub, beş məhsuldar ötürmə verib.

Mənbə: Sports.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir