Avropadan daha iki komandanın dünya çempionatında iştirak edəcəyi müəyyənləşəcək

İdman

Bu gün 2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq.

Oxu.Az xəbər verir ki, Avropa zonası üzrə pley-off mərhələsinin final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşəcək.

Türkiyəni uzaqlaşdıran Portuqaliya son Avropa çempionları İtaliyanı məğlub edərək həlledici matça vəsiqə qazanmış Şimali Makedoniya yığmasını qəbul edəcək.

Siyasi səbəblərdən Rusiyanın kənarlaşdırılmasından sonra finala oynamadan vəsiqə qazanmış Polşa öz meydanında İsveçlə qarşılaşacaq.

Digər final görüşündə Uelsin rəqibi hələ bəlli deyil. Bu komanda iyuna təxirə salınmış Şotlandiya – Ukrayna görüşünün qalibi ilə üz-üzə gəlməlidir.

DÇ-2022

Pley-off mərhələsi
Final
29 mart

22:45 Portuqaliya – Şimali Makedoniya

Portu. “Draqau” stadionu

22:45 Polşa – İsveç

Xojuv. “Şlyonski” stadionu

Bu gün həmçinin UEFA Millətlər Liqasında ötən mövsüm С divizionunda mübarizə aparmış və qruplarında sonuncu olmuş komandalar mübarizə aparacaq. Komandalar növbəti mövsüm D divizionunda oynamamaq uçub qarşılaşacaqlar.

Həmçinin, Qazaxıstan – Moldova matçının nəticəsi növbəti mövsüm Azərbaycan millisinin C divizionu 3-cü qrupdakı rəqibini müəyyənləşdirəcək.

UEFA Millətlər Liqası

Pley-off mərhələsi (cavab oyunları)
29 mart

18:00 Qazaxıstan – Moldova

İlk oyun – 2:1

20:00 Kipr – Estoniya

İlk oyun – 0:0

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir