“Şamaxı”nın iki şirinin sirri – FOTO

İdman

Adını “Şamaxı”ya dəyişən “Keşlə” futbol klubunun yeni loqosunun mənası bilinib.

Oxu.Az-ın xəbərinə görə, klubun loqosunda iki şir əks olunub.

Bəs bunun anlamı nədir? Məsələ burasındadır ki, Şamaxı şəhəri 918-ci ildən etibarən qədim Şirvanşahlar dövlətinin paytaxtı olub. Məhz Şirvanşahlar dövlətinin gerbində iki şir təmsil olunub. Həmin iki şirin ortasında öküz başı da mövcud idi.

Bu klubun loqosunda isə şirlər saxlanılıb, öküz başını isə futbol topu əvəzləyib. Beləliklə, şirlər qədim gerbdəki kimi, öküzə yox, topa hücum edirlər. Bu, komandanın hücumameyilli futbol oynaması anlamına gəlir. Fonda isə Şirvanşahlar qalası əks olunub.

Qeyd edək ki, “Keşlə” artıq “Şamaxı” adlansa da, cari mövsümün sonunadək “ASK Arena”dan istifadə edəcək.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir