IBU Rusiya Biatlon İttifaqının üzvlüyünü dayandırdı

İdman

Beynəlxalq Biatlon İttifaqı (IBU) Rusiya Biatlon İttifaqının (RBİ) və Belarus Biatlon Federasiyasının üzvlüyünü dayandırıb.

Bu barədə IBU-nun saytında bildirilib.

Məlumatda vurğulanıb ki, qərar dərc olunduğu gündən qüvvəyə minir.

RBİ qərarla razılaşmayaraq, idmançıların hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) icraiyyə komitəsi beynəlxalq idman federasiyalarına Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya və Belarus idmançılarını yarışa buraxmamağı tövsiyə edib. Bundan sonra IBU rusiyalı biatlonçuların yarışda iştirakını dayandırıb.

Qeyd olunur ki, İBU-nun icraiyyə komitəsi vəziyyətin inkişafını izləyəcək və şərait dəyişərsə, qərara yenidən baxacaq.

Mənbə: RİA Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir