Ukraynanın gənclərdən ibarət futbol millisinin baş məşqçisi könüllü olaraq silaha sarılıb – FOTO

İdman

Vaxtilə Kiyev “Dinamo”su və Donetsk “Şaxtyor”unun müdafiəçisi olmuş, hazırda isə futbol üzrə Ukrayna millisinin U-19 yaşlılardan ibarət komandasının məşqçisi Vladimir Yezerski könüllü olaraq silaha sarılıb və ölkəsini müdafiə edir.

Bu barədə ukraynalı jurnalist Yevgeni Qres öz sosial şəbəkə hesabında məlumat verib.

Jurnalist qeyd edib ki, könüllü batalyonlardan birinin tərkibində olan Ukrayna millisinin baş məşqçisi Vladimir Yezerski  Kiyevin müdafiəsini təşkil edir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir