Bu gün Çempionlar Liqasında yarımfinalçılar bəlli olacaq

İdman

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.

Oxu.Az xəbər verir ki, bununla da yarımfinalın ilk iki iştirakçısı bəlli olacaq.

Turnirin əsas favoritlərindən olan “Real” bu dəfə Madriddə Çempionlar Liqasının son qalibi “Çelsi”ni qəbul edəcək. Londondakı ilk matçda 3:1 hesablı qələbə qazanan madridlilər matça daha rahat çıxacaqlar.

Gecənin digər matçında “Bayern” Münhendə ilk görüşdə gözlənilmədən məğlub olduğu “Vilyareal”ı qəbul edəcək. Almaniya çempionu İspaniya klubunun sensasiya edərək yarımfinala çıxmasının qarşısını almağa çalışacaq.

Münhen təmsilçisindən Niklas Züle, Erik Şupo-Motinq və Korenten Tolisso zədəlidirlər. Qonaqlardan isə Alberto Moreno eyni səbəbdən oyunu buraxacaq. Bulaye Dianın isə matçda iştirakı sual altındadır.

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

12 aprel

23:00 “Real” (İspaniya) – “Çelsi” (İngiltərə)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 3:1

Oynamayacaqlar: Eden Azar, İsko, Eder Militao, Xesus Valyexo (hamısı “Real”), Ross Barkli, Ben Çilvell, Kalum Hadson-Odoy, Romelu Lukaku (hamısı “Çelsi”)

23:00 “Bayern” (Almaniya) – “Vilyareal” (İspaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 0:1

Oynamayacaqlar: Erik Şupo-Motinq, Buna Sarr, Niklas Züle, Korenten Toliso (hamısı “Bayern”), Alberto Moreno

Oynayacağı sual altında olan: Bulay Dia

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir