Tiknizyan yenidən Ermənistan millisində oynamaqdan imtina edib

İdman

Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Nair Tiknizyan növbəti dəfə Ermənistan millisinə dəvətdən imtina edib. Bu barədə “Çempionat”a futbolçunun agenti Aleksandr Klyuev məlumat verib.

“Ermənistan millisi vaxtaşırı öz komandasında oynaması üçün Nairə müraciət edir. Sonuncu dəfə bununla bağlı bir neçə həftə əvvəl üz tutublar. Amma Tiknizyan hələ ki öz qərarında qalır və o, Rusiya yığmasında oynamaq niyyətindədir” – deyə Klyuev bildirib.

Xatırladaq ki, Nair Tiknizyan 6 yaşından futbolla məşğuldur. 14 yaşından Mərkəzi Ordu İdman Klubu (MOİK) komandasında oynayıb, 2017-ci ildə 18 yaşında böyüklər komandasının əsas tərkibində  – Kursk “Avanqard” klubu ilə oyunda Rusiya kuboku uğrunda matçda debüt edib. Tiknizyan həmçinin Rusiyanın yeniyetmə və gənclərdən ibarət komandalarında da çıxış edib. Nairin iki pasportu var – Rusiya və Ermənistan.

Nair Tiknizyan Rusiyanın gənclər yığmasında yeddi oyun keçirib. Ötən ilin avqustunda 22 yaşlı yarımmüdafiəçi MOİK-dən Moskvanın “Lokomotiv”inə keçib.

Mənbə: Sputnik Armenia

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir