21 yaşlı norveçli İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçu olacaq

İdman

İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi istedadlı norveçli futbolçu Erlinq Holandla ilkin razılığa gəlib.

Mətbuata sızan məlumata görə, həftəsinə 500 min funt-sterlinq qazanacaq 21 yaşlı Holand İngiltərə Premyer Liqasının ən bahalı futbolçusu olacaq.

Artıq növbəti həftədə gənc hücumçunun beş illik müqaviləyə imza atılacağı gözlənilir.

Qeyd edək ki, ötən həftə mətbuatda dərc edilən xəbərlərdə Dortmund “Borussiya”sının rəhbərliyi futbolçunun hər-hansı başqa klubla razılığa gəldiyini təkzib etmişdi.

Mənbə: Dailymail

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir