Ronaldu övladının ölümünə görə “Liverpul”la oyunu buraxacaq

İdman

“Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu “Liverpul”a qarşı İngiltərə Premyer Liqasının XXX turundan təxirə salınmış oyunda iştirak etməyəcək.

Bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı mƏlumat yayıb. Bildirilib ki, buna 37 yaşlı hücumçunun yeni doğulan oğlunun ötən gün vəfat etməsi səbəb olub.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Mançester Yunayted” 54 xalla 5-ci, “Liverpul”un isə 73 xalla ikinci sırada qərarlaşıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.