“Liverpul” liderliyə, “İnter” finala yüksəldi – VİDEO

İdman

İngiltərə Premyer Liqasının 30-cu turunun təxirə salınmış matçında “Liverpul” “Mançester Yunayted”i qəbul edib.

Oxu.Az xəbər verir ki, “Enfild”də baş tutan oyunda komandalar ötən gün “qırmızı şeytanlar”ın hücumçusu Kriştianu Ronaldunun oğlunun vəfat etməsi səbəbilə sahəyə qara lentlərlə çıxıblar. Forvard özü də matçda iştirak etməyib. Azarkeşlər isə oyunun 7-ci dəqiqəsində alqışlarla mərhum körpənin xatirəsini yad ediblər.

Qarşılaşmaya gəlincə, oyun “Liverpul”un 4:0-lıq üstünlüyü ilə başa çatıb. Bu nəticədən sonra mersisaydlılar turnir cədvəlində liderliyə yüksəliblər.

Paralel olaraq, İtaliyanın Milan şəhərində ölkə kubokunun ilk yarımfinalı baş tutub. Şəhərin iki təmsilçisi “İnter”lə “Milan”ın qarşıdurmasında birincilər qalib gəlib – 3:0.

Qeyd edək ki, aprelin 20-də turnirin finalına ikinci vəsiqə uğrunda kubokun sonuncu sahibi “Yuventus”la “Fiorentina” üz-üzə gələcək. Yarışın finalı isə mayın 11-də keçiriləcək.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.