Azərbaycan Kubokunda yarımfinal başlayır: “Qarabağ” və “Neftçi” səfər matçlarında

İdman

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, açılış matçı Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında olacaq.

Digər görüşdə “Neftçi” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan Kuboku

1/2 final (ilk oyunlar)

20 aprel

17:30 “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu.

20:00 “Zirə” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir