Rusiyalı üzgüçülərin dünya çempionatındakı qızıl medalları ABŞ komandasına veriləcək

İdman

Rusiyalı üzgüçülər Artem Lobuzovun qanında qadağan olunmuş maddələrin aşkarlanması səbəbindən diskvalifikasiya edildiyinə görə, 2016-cı il dünya çempionatının qızıl medallarından məhrum olacaqlar.

Bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasından (FINA) məlumat verilib.

Bildirlib ki, qızıl medallar ABŞ komandasına veriləcək.

Qeyd edək ki, Lobuzov digər üç idmançı ilə birgə 4×200 metr məsafəyə sərbəst üsulla estafetdə qalib gəlib. Bu il martın sonunda FINA-nın antidopinq komissiyası onu 4 il müddətinə diskvalifikasiya edib.

“Lobuzovla birgə bütün komanda üzvləri diskvalifikasiya edilib. Onlardan medallarını geri qaytarmaq tələb olunub. FİNA mükafatları yenidən bölüşdürəcək”, – federasiyanın açıqlamasında qeyd edilib.

Mənbə: “RİA Novosti”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir