Rusiya dünya çempionatına ev sahibliyi hüququndan məhrum edildi

İdman

Beynəlxalq Buzüstü Xokkey Federasiyasının (IIHF) Şurası 2023-cü ildə Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan dünya çempionatının təxirə salınması barədə qərar qəbul edib.

Turnir 5-21 may 2023-cü il tarixlərində keçirilməli idi. Təxirə salınma qərarı aprelin 26-da İsveçrənin Sürix şəhərində keçirilən IIHF Şurasının iclasında qəbul edilib.

Dünya çempionatının yeni ev sahibi 2022-ci ildəki dünya çempionatının son həftəsində Finlandiyanın Tampere şəhərində keçiriləcək  IIHF illik konqresi zamanı təsdiqlənəcək.

Mənbə: “RİA Novosti”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir