Mahir Emreli yenidən zədələnib

İdman

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.

Oxu.Az Xorvatiya mətbuatına istinadla xəbər verir ki, 25 yaşlı futbolçu Zaqreb “Dinamo”sunun son matçında xəsarət alıb.

Xorvatiya çempionatının XXXII turunda “Qoritsa” ilə matçın 75-ci dəqiqəsində çiynindən zədələnərək sıradan çıxan forvard bir müddət komandadan ayrı qalacaq. Həmyerlimiz həm sabah Kiyev “Dinamo”su ilə yoldaşlıq görüşünü, həm də mayın 1-də “Lokomotiv”lə çempionat matçını buraxmalı olacaq.

Mahir Emrelinin zədəsi ciddi olmasa da, müayinəsinə artıq başlanılıb. Onun yaşıl meydanlara dönməsi bərpa prosesindən asılı olacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir