“Mançester Yunayted” – “Çelsi”: Üç dəqiqədə iki qol – VİDEO

İdman

İngiltərə Premyer Liqasında çempionatın maraqla gözlənilən qarşılaşmalarından biri baş tutub.

Oxu.Az xəbər verir ki, vaxtından əvvəl keçirilən 37-ci tur oyununda “Mançester Yunayted” “Çelsi”ni qəbul edib.

İddialı kollektivlərin “Old Trafford”dakı mübarizəsinin taleyini üç dəqiqə ərzində (60,62) vurulmuş iki qol müəyyən edib – 1:1.

Qeyd edək ki, hazırda Tomas Tüxelin yetirmələri turnir cədvəlində 3-cü, onlardan iki oyun çox keçirən “qırmızı şeytanlar” isə  6-ci yerdə qərarlaşıb.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir