Azərbaycanlı mütəxəssis Rusiya klubunun idman direktoru olub – FOTO

İdman

Rusiyanın “Ximki” klubunun yeni idman direktorunun adı açıqlanıb.

Premyer Liqa təmsilçisinin rəsmi “Facebook” səhifəsində yayılan xəbərə görə, bu vəzifəyə Anar Məmmədov təyin edilib.

Azərbaycanlı futbol funksioneri daha əvvəl klubun seleksiya şöbəsində çalışıb.

Qeyd edək ki, “Ximki” 10 turdan sonra 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.