“Olimpiakos” “Qarabağ”la oyundan öncə yeni qapıçı transfer etdi

İdman

Yunanıstan “Olimpiakos”u “Qarabağ”la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edib.

Klubun rəsmi saytından verilən məlumata görə, Pirey təmsilçisi PAOK-un keçmiş qolkiperi Aleksandros Pasxalakisi heyətinə qatıb.

33 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Təcrübəli qapıçı Çexiya millisindən zədəli qayıdan Tomaş Vatslikin yerinə alınıb.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.