Avropa Liqası: “Mançester Yunayted”dən qələbə, “Trabzonspor” uduzdu – VİDEO

İdman

Bu axşam UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.

8 qrupda ümumilikdə 16 görüş baş tutacaq.

Oxu.az xəbər verir ki, qarşılaşmalardan bəziləri artıq başa çatıb.

Türkiyə təmsilçilərindən “Trabzonspor” H qrupunda Fransanın “Monako” klubunun qonağı olub. Oyunun 11-ci dəqiqəsində azlıqda qalan qonaqlar ev sahibinin təzyiqləri qarşısında uzun müddət davam gətirə bilməyib və yekunda məğlub olub – 3:1.

İngiltərənin “Mançester Yunayted” klubu isə Kiprdə “Omoniya”nı sınağa çəkib. İlk qolu biraxan tərəf Premyer Liqa təmsilçiləri olsalar da, sonradan oyunu öz xeyirlərinə dəyişməyi bacarıblar – 2:3.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

A qrupu

“Sürix” (İsveçrə) – PSV (Niderland) 1:5

C qrupu

HİK (Finlandiya) – “Lüdoqorets” (Bolqarıstan) 1:1

D qrupu

“Malmö” (İsveç) – “Yunion” (Berlin, Almaniya) 0:1

E qrupu

“Omoniya” (Kipr) – “Mançester Yunayted” (İngiltərə) 2:3

“Şerif” (Moldova) – “Real Sosyedad” (İspaniya) 0:2

F qrupu

“Şturm” (Avstriya) – “Latsio” (İtaliya) 0:0

H qrupu

“Srvena Zvezda” (Serbiya) – “Ferentsvaroş” (Macarıstan) 4:1

“Monako” (Fransa) – “Trabzonspor” (Türkiyə) 3:1