Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayırlar

İdman

Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxacaqlar.

Hər iki idmançı mübarizəyə 1/16 finaldan start verəcək. Orucov Aleksandru Rayku (Rumıniya) / Daniel Karqnin (Braziliya) cütünün qalibi, Heydərov isə Abdul Malik Umayev (Belçika) / Ali Abdelmouati (Misir) görüşünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyiblər. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.