Şeydayevin yunanları özündən çıxaran qol sevincinə sözardı – FOTO/VİDEO

İdman

Avropa Liqasının “Olimpiakos”-“Qarabağ” oyununda bir məqam da diqqət çəkdi.

86-cı dəqiqədə Ramil Şeydayev “Qarabağ”ın üçüncü qolunu vurduqdan sonra sevincini emosional şəkildə ifadə etdi. O, çılğın yunan azarkeşlərin əyləşdiyi sektor önünə qaçaraq elektron reklam lövhəsinin üzərinə çıxdı və sevincini nümayişkaranə tərzdə, yerli fanatlara etiraz jesti üslubunda verdi. Bu zaman onun əlini formasının üzərindəki “Qarabağ” loqosuna qoyması diqqət çəkdi.

Şeydayevin bu hərəkəti yunan fanatların Azərbaycan komandasına qarşı qəzəbli və qərəzli münasibəti, matçdan əvvəl azlıqda olan (cəmi 20 nəfər) bir qrup azarkeşimizə qarşı hücum cəhdinə cavab idi. Elə buna görə idi ki, onun qol sevincindən sonra meydana yad əşyalar atılmağa, tribunalardan isə Ramilin fitə basılmasına başlanıldı. Lakin bu, heç nəyi dəyişmədi.

Qurban Qurbanovun komandası çətin səfər oyununda əsl xarakter, kişilik nümayiş etdirərək “Olimpiakos”u 0:3 hesabı ilə məğlub etdi. Yaxud bir həmkarımızın ifadə etdiyi kimi, “Qarabağ” Yunanıstanın Olimpini dağıtdı”.

Nəhayət, anti-Azərbaycan ruhlu yunan azarkeşlərə ən layiqli cavab, düşünürük ki, həm də bu şəkildəki görüntüdür: tabloda “Qarabağ”ın 0:3 hesablı qələbəsini əks etdirən mənzərə, onun altında isə… Ermənistan bayrağı!

P.S. Bu da Ramilin qol sevincinə onminlərlə yunan fanatın etiraz reaksiyası:

Mənbə: Qol.az