Avropa Liqası: “Trabzonspor”dan darmadağın, “Real Sosyedad” pley-offa çıxdı – VİDEO

İdman

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

Ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutub.

Türkiyə təmsilçilərindən “Trabzonspor” Fransa “Monako”sunu qəbul edib. Qonaqların avtoqolu ilə başlayan matç onların darmadağını ilə yekunlaşıb – 4:0.

“Mançester Yunayted” “Old Trafford”da Kiprin “Omoniya” kollektivilə üz-üzə gəlib. “Qırmızı şeytanlar” 90 dəqiqə ərzində yaranan çoxsaylı qol epizodlarından istifadə edə bilməyərək yalnız matça əlavə olunmuş dəqiqələrdə fərqlənməklə qalib gəliblər – 1:0.

Eyni qrupda lider olan “Real Sosyedad” Moldova “Şerif”ini yenərək növbəti raunda vəsiqəni təmin edib – 3:0. 

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

13 oktyabr

A qrupu

PSV (Niderland) – “Sürix”” (İsveçrə) 5:0

C qrupu

“Lüdoqorets” (Bolqarıstan) – HİK (Finlandiya) 2:0

D qrupu

23:00. “Yunion” (Berlin, Almaniya) – “Malmö” (İsveç) 1:0

E qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Omoniya” (Kipr) 1:0

“Real Sosyedad” (İspaniya) – “Şerif” (Moldova) 3:0

F qrupu

“Latsio” (İtaliya) – “Şturm” (Avstriya) 2:2

H qrupu

“Ferentsvaroş” (Macarıstan) – “Srvena Zvezda” (Serbiya) 2:1

“Trabzonspor” (Türkiyə) – “Monako” (Fransa) 4:0