MMA döyüşçüləri canlı efirdə dalaşdılar – VİDEO

İdman

Rusiyalı qarışıq döyüş növləri (MMA) ustaları Bibert Tumenov və Andrey Qonçarov “Matç Boyets” telekanalın canlı yayımı zamanı dava ediblər.

Əvvəlcə idmançılar arasında söz dueli olub.

Tumenov bəyan edib ki, Qonçarov onun qarşısında titrəyir və elə indi məsələni yoluna qoymağı təklif edir. Bundan sonra döyüşçülər arasında dava düşüb.

Qeyd edək ki, rəqiblər noyabrın 4-də Moskvada keçiriləcək ACA 147 turnirində qarşılaşacaqlar.

Tumenov MMA döyüşlərində keçirdiyi 13 döyüşdə 11 qələbə və iki məğlubiyyət alıb.

Qonçarovun hesabında isə qarışıq döyüş növləri üzrə 17 döyüşdə 14 qələbə və 3 məğlubiyyət var.