“Atletiko” qələbəni son anda əldən verdi – VİDEO

İdman

İspaniya La Liqasında X tur davam edir.

Oxu.Az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri Madriddə baş tutub.

“Atletiko” doğma meydanda “Rayo Valeykano” ilə üz-üzə gəlib.

Oyunda hesabı meydan sahibləri açıblar. Morata 20-ci dəqiqədə Qrizmanın ötürməsindən sonra dəqiq oynayıb.

Bununla belə, qonaqlar son anda məğlubiyyətdən qaçmağ bacarıblar. Radamel Falkao 90+2-ci dəqiqədə penaltidən fərqlənərən komandasının çətin səfərdən 1 xalla qayıtmasını təmin edib.

Bu nəticədən sonra xallarının sayını 20-ə çatdıran “Atletiko” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

12 xalı olan “Rayo Valeykano” isə 10-cu sırada yer alıb.

Matçın qollarını təqdim edirik: