Azərbaycanlı şahmatçını dünya çempionluğundan yarım xal ayırır

İdman

İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionatı davam edir.

Oxu.Az-ın məlumatına görə, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva X tur çərçivəsində sloveniyalı Urh Zala ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 19 yaşlı şahmatçımız 30-cu gedişdə sülhə razılaşıb.

Bu nəticə ilə xallarının sayını 8,5-ə yüksəldən Gövhər liderliyini davam etdirir.

İkinci pillədə ondan bir xal geri qalan Qazaxıstan təmsilçisi Assel Serikbay qərarlaşıb.

Urh Zala isə 7 xalla üçüncüdür.

Gövhər Abdullayevaya çempion olmaq üçün son turda heç-heçə də kifayət edəcək.

Oğlanların yarışında isə Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli macarıstanlı Adam Kozakla üz-üzə gəlib.

Yarışın lideri ilə görüşdən sülhlə ayrılan Abdulla 10 turdan sonra topladığı 7,5 xalla ikinci pillədə qərarlaşıb.

Kozakın isə 8 xalı var.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.