Azərbaycan komandası bu gün Çempionlar Liqasında mübarizəyə başlayır

İdman

“Araz-Naxçıvan” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ilk sınağında İsveç “Orebro”su ilə qarşılaşacaq. Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Matçın baş hakimi ispaniyalı David Abtequya Urdanoz olacaq. Ona slovakiyalı Lukaş Peşko və çexiyalı Yan Kresta kömək edəcəklər.

Qrupun digər oyununda Serbiyanın “Loznika Qrad” klubu ilə Bosniya və Herseqovina “Mostar”ı üz-üzə gələcəklər.

Çempionlar Liqası
Əsas mərhələ, I tur
26 oktyabr

19:30. “Araz-Naxçıvan” (Azərbaycan) – “Orebro” (İsveç)

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukaş Peşko (Slovakiya), Yan Kresta (Çexiya)

Mostar, “Mithad Hujdur Hujka Arena”

Qeyd edək ki, Azərbaycan çempionu V qrupda növbəti oyununu oktyabrın 27-də “Loznika Qrad”a qarşı keçirəcək.