Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

İdman

Qadın voleybolçular arasında 2023-cü il Avropa çempionatının püşkü atılıb.

Oxu.Az xəbər verir ki, İtaliyanın Napoli şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığma C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan kollektivləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq.