Bir mundialda ən çox qol vurmuş futbolçular

İdman

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

“Report”un məlumatına görə, bir mundialda ən çox qol vurmuş oyunçuların adı açıqlanıb.

Fransa millisinin sabiq üzvü Jüst Fonten 1958-ci ildəki turnirdə 13 qolla yadda qalıb. 1954-cü ildəki yarışda 11 qola imza atan macarıstanlı Şandor Kocsiş ikinci, 1970-ci ildə 10 qol vuran Gerd Müller üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.