Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub – FOTO

İdman

Peşəkar Futbol Liqasının (PFL) yeni loqosu müəyyənləşib.

PFL-in rəsmi saytında yayılan xəbərə görə, 130 nümunə arasında Fərhad Sultanovun dizayn etdiyi loqo qalib olub.

Loqoda futbolu ifadə edən top təsvir olunub, mərkəzdə alov və buta silueti var. Onlar Odlar Yurdu Azərbaycana işarədir. Bundan əlavə, loqodakı kürə qlobal dünya futbolunun simvoludur, alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi olaraq Azərbaycan futbolunu ifadə edir.