Uruqvay – Cənubi Koreya matçında antirekord: Çərçivəyə zərbə vurulmadı

İdman

FİFA-nın məlumatına görə, 2022-ci il dünya çempionatında Uruqvay və Cənubi Koreya milli komandaları arasındakı görüşdə qapı çərçivəsinə zərbə vurulmayıb.

Ümumilikdə Cənubi Amerika komandasının 10, Asiya komandasının isə 6 zərbəsi qeydə alınıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

Məlumata görə, 21-ci əsrdə bu günə qədər Dünya Çempionatlarında qapı çərçivəsinə zərbənin vurulmadığı oyun olmayıb.

Qeyd edək ki, “WhoScored” və “Opta Analyst”in statistikasında Uruqvayın qapı çərçivəsinə bir zərbə vurduğu qeyd edilir.

Mənbə: sports.ru

Spread the love