Uruqvay millisinin müdafiəçisi FIFA direktorunu vurdu, təşkilatçıları söydü – FOTO/VİDEO

İdman

Uruqvay millisi DÇ-2022-nin qrup mərhələsinin son oyununda Qana üzərində qələbə qazanıb (2:0), lakin pley-offa yüksələ bilməyib.

Qarşılaşmadan sonra Cənubi Amerika komandasının müdafiəçisi Xose Mariya Ximenez hakim Daniel Sibertin qarşısına keçib onunla məsələni həll etmək istəyib. Bu zaman o, dirsəyi ilə FIFA direktoru və turnir təşkilatçılarından biri Kolin Smitin başına zərbə vurub. Daha sonra “Atletiko”nun futbolçusu Smit və hakimləri söyüb, onları oğru adlandırıb.

Uruqvaylıya qarşı intizam işi açılsa, onu ciddi cərimə və diskvalifikasiya gözləyir.

Mənbə: Sport Express