Azərbaycanlı nazir yenidən Avropa Gimnastikasının prezidenti seçilib

İdman

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastikasının 29-cu Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib.