Ronaldunun ilk mətbuat konfransında dili dolaşdı – VİDEO

İdman

Kriştianu Ronaldu “Əl Nəsr”də keçirdiyi ilk mətbuat konfransında ölkənin adını səhv salıb.

“Mrsool Park”da 25 min fanatla tanış olunmazdan əvvəl Ronaldu mətbuat konfransında iştirak edib və niyə Yaxın Şərqə köçmək qərarına gəldiyini açıqlayıb.

Lakin Ronaldu Səudiyyə Ərəbistanını “Cənubi Afrika” adlandıraraq jurnalistlərin və bütün dünyada yüz minlərlə tamaşaçının qarşısında böyük səhvə yol verib.

“Mənim üçün Cənubi Afrikaya gəlmək karyeramın sonu deyil. Düzünü desəm, insanların nə dediyi məni heç maraqlandırmır”, – deyə o, bəyan edib.