
Bakı.Trend:
ABŞ-nin Prezidenti Donald Tramp əvvəlcədən tətbiq etdiyi idxal
rüsumlarının ləğvinin ölkəyə 3 trilyon dollardan çox zərər gətirə
biləcəyi barədə xəbərdarlıq edib.
Trend bu barədə
xarici KİV-ə istinadla xəbər verir.
<!—->
<!––>
“ABŞ Ali Məhkəməsinə yanlış məlumat təqdim olunub. Əgər məhkəmə
tariflər əleyhinə qərar qəbul edərsə, o zaman “geri dönüş”, yəni
bütün nəticələrin ləğvi və təzminatlar artıq edilmiş və
planlaşdırılmış investisiyalarla birlikdə vəsaitlərin qaytarılması
3 trilyon dollardan çox olacaq. Bu qədər böyük zərəri kompensasiya
etmək mümkün deyil”,- o, “Truth Social” sosial şəbəkə hesabında
yazıb.
