İlham Əliyev: “Ermənistan Azərbaycanın enerji resurslarına çıxış əldə edə bilər”

Siyasət

“Azərbaycan indi Ermənistanı dəvət edir ki, regional inkişafın tərkib hissəsi olsun, bunun üçün imkanlar var. Bu, onlar üçün xeyirlidir”. 

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanın enerji resurslarına çıxış əldə edə bilər. 

“Eyni zamanda, Ermənistan beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı ola bilər”, – deyə İlham Əliyev əlavə edib.

Aqşin Kərimov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir