Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya ölkələrinin liderlərini Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu iştirakçı kimi qoşulması qərarına görə təşəkkür edib.
“Report”un Özbəkistana ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.
“Hörmətli həmkarlarıma Mərkəzi Asiya dövlətlərinin əməkdaşlıq formatına Azərbaycanın qoşulması haqqında qərarına görə təşəkkür etmək istərdim. Bu qərar bir daha münasibətlərimizin dostluq və qardaşlıq xarakterini təsdiqləyir və geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edəcək”, – deyə Azərbaycan Prezidenti bildirib.
Xəbər yenilənir
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin
