
Bakı. Trend:
26 noyabr 2025-ci tarixində Respublika Veteranlar Təşkilatında
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatı” İctimai Birliyinin sədri, siyasi elmlər üzrə
fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının dosenti, polkovnik Cəlil Xəlilovun
müəllifi olduğu “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi”
kitabının təqdimatı keçirilib.
Trend xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib, dövlətimizin müstəqilliyi, ərazi
bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1
dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Yazıçılar
Birliyinin İdarə Heyətinin üzvü, Ədəbiyyat Fondunun baş direktoru,
Əməkdar jurnalist Varis Yolçuyev qonaqlara kitab haqqında qısa
məlumat verib, kitabın dünənimiz, bugünümüz və gələcəyimiz
baxımından önəmini şərh edib.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru,
professor, Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev
“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının
gənclərin vətənpərvərlik tərbiyəsinin inkişafında önəmli rol
oynayacağını bildirib. Professor qeyd edib ki, Prezident İlham
Əliyevin müharibə və post-müharibə dönəmindəki fəaliyyətindən bəhs
edən kitabda dövlətçiliyimizin tarixi baxımından çoxsaylı faktlar
yer alıb ki, bu faktların gənc nəsil tərəfindən mənimsənilməsi
olduqca vacibdir.
Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin
direktoru hüquq elmləri doktoru, professor Əmir Əliyev də “İlham
Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənc nəslin
təlim-tərbiyəsində əhəmiyyətli rol oynayacağına inandığını
bildirib. Professor qeyd edib ki, gənc nəsil müasir biliklərə
yiyələnməklə yanaşı milli tarixi dərindən bilməli, vətənin
maraqlarını qətiyyətlə müdafiə etməyi bacarmalıdır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı – publisist
Şərəf Cəlilli isə kitabı polkovnik Cəlil Xəlilovun Prezident İlham
Əliyevə sədaqət abidəsi adlandırdı. Şərəf Cəlilli qeyd edib ki, bu
kitab bir daha sübut etdi ki, polkovnik Cəlil Xəlilov Ulu öndər
Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin çağırış və
tövsiyyələrini təbliğ etməkdə, tarixi həqiqətlərimizin gənc nəslə
çatdırılması üçün mühüm addımlar atmaqdadır.
<!—->
<!––>
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı, siyasi
elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyev isə çıxışında bildirdi ki,
əslində kitabın adı bu kitab və onun məzmunu haqqında hər şeyi
deyir və Azərbaycan həqiqətlərinin təbliği bxımından böyük
hadisədir.
Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim
Zərifə Quliyeva “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi”
kitabını polkovnik Cəlil Xəlilovun xalq qarşısındakı növbəti
xidmətlərindən biri kimi dəyərləndirib, ona gələcək fəaliyyətində
uğurlar arzulayıb.
“Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov
da kitabın tarixi-siyasi önəminə diqqət çəkib, sözügedən kitabın
cəmiyyətdə böyük maraqla qarşılanacağını əminliyini vurğulayıb.
Tədbir zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və
əmək veteranı İmran Əbilov 90 illik yubiley münasibətilə Müdafiə
Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib, Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən qiymətli hədiyyə
ilə mükafatlandırıb.
Sonda çıxış edən polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına
təşəkkür edib, Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı
qarşısındakı tarix xidmətlərinin heç zaman unudulmayacağını, hər
zaman böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacağını
bildirib.
