
İmişli. Trend:
İmişli rayonu ərazisində 3 nəqliyyat vasitəsinin toqquşması ilə
nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Trend-in yerli
bürosunun xəbərinə görə, hadisə saat 11 radələrində
Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu
Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
<!—->
<!––>
Qəza zamanı “Toyota”, “Mercedes” və “Hyundai” markalı
avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 nəfər
İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı
araşdırma aparılır.
