İndoneziyada daşqın və torpaq sürüşmələrinin qurbanlarının sayı 630-u keçib

Baş səhifə
İndoneziyada daşqın və torpaq sürüşmələrinin qurbanlarının sayı 630-u keçib

İndoneziyanın Sumatra adasında fəlakətli daşqın və torpaq sürüşmələrinin qurbanlarının sayı 631-ə çatıb.

“Report” “Əl Ərəbiyə”yə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Milli Agentlik məlumat yayıb.

Bildirilib ki, 472 nəfər itkin düşmüş hesab olunur. Təxminən bir milyon ailə təxliyə edilib.

Daşqınlar musson yağışları səbəbindən baş verib, nəticədə minlərlə ev və binaya ziyan dəyib.

Daha əvvəl 593 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir