Qubadlı-Eyvazlı avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı

İqtisadiyyat

“Azad olunmuş ərazilərdə inşa edilən Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlama işləri başa çatıb”.

“Trend”in məlumatına görə, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, artıq yolun torpaq işlərinin 90 faizi hazırdır:

“Bu yol vasitəsilə biz, həmçinin, Gorus-Sisyan yoluna çıxış əldə edirik. Bu da Şərqi Zəngəzura ikinci çıxışımız olacaq. Yol bu ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək”.