Azərbaycan Mərkəzi Bankının Baş direktoru: “Rusiyaya tətbiq olunan sanksiyaların bizə də təsirləri olacaq”

İqtisadiyyat

“Rusiya qonşu dövlət olduğu üçün ora tətbiq olunan sanksiyaların bizə də müəyyən təsirləri olacaq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib.

O qeyd edib ki, həmin təsirlərin nə qədər və hansı müddətdə olacağını bilmək isə zaman məsələsidir:

“Bu prosesləri ətraflı və dərindən monitorinq və qiymətləndirmə edirik”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ və Qərb Rusiyaya qarşı maliyyə tarixində analoqu olmayan sanksiyalar tətbiq etdi. Bunların sırasında sanksiya altında olan bankların (növbəti mərhələdə ola bilsin ki, hətta bütün bank sisteminin) SWIFT-dən ayrılması, Avropa İttifaqının Rusiya Bankı ilə bütün tranzaksiyalarının qadağan edilməsi, bu ölkənin qızıl-valyuta ehtiyatlarını dondurulmasını qeyd etmək olar. Bunun nəticəsi olaraq, Rusiya Bankı uçot dərəcəsini birdən-birə iki dəfə qaldırdı, qeyri-rezidentlərin ölkədən 5 min ABŞ dollarından artıq vəsaitin çıxarılması qadağan edildi.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir