“Brent” markalı neftin qiyməti 100 dollarlıq səddin altına düşdü – YENİLƏNİB

İqtisadiyyat

Dünya bazarında neft ucuzlaşmağa davam edir.

Belə ki, WTI markalı neftin aprel fyuçersləri gün ərzində 7,85 faiz ucuzlaşaraq bir barelinin qiyməti 94,92 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin may fyuçersləri isə gün ərzində 7,14 faiz ucuzlaşıb. Hazırda “Brent” markalı neftin bir barelinin dəyəri 99,27 ABŞ dollarına bərabərdir.

09:38

Dünya bazarlarında neft qiymətlərində kəskin azalma qeydə alınıb.

WTI markalı neftin aprel fyuçersləri 4,35 % ucuzlaşaraq bir bareli 98,53 ABŞ dolları olub.

“Brent” markalı neftin may fyuçersləri 4,30 % ucuzlaşaraq bir bareli 102,30 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir