Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb.
Məlumatlarda bildirilib:
1. Füzuli – Hadrut avtomobil yolu;
– texniki göstəricilər: 12 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
– görülən işlər: torpaq işləri 42 %, yol geyimi 23 %, boru və keçidlərin tikintisi 21 % icra olunub. Yolun 300 metr hissəsində asfalt-beton örtüyün alt layı tikilib.
– işlərin başa çatdırılması: 2022-ci il.
2. Hadrut – Tuğ – Azıx mağarası avtomobil yolu;
– texniki göstəricilər: 22 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
– görülən işlər: mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır və yeni yol əsası tikilir.
– işlərin başa çatdırılması: 2022-ci il.
3. Bərdə – Ağdam avtomobil yolu;
– texniki göstəricilər: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
– görülən işlər: torpaq işləri 57 %, yol geyimi 19 %, boru və keçidlərin tikintisi işləri 45 %, körpülərin tikintisi 93 % icra olunub.
– işlərin başa çatdırılması: 2022-ci il.
4. Qubadlı – Eyvazlı avtomobil yolu;
– texniki göstəricilər: 28,5 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
– görülən işlər: yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
– işlərin başa çatdırılması: 2022-ci il.
5. Qubadlı – Mahmudlu – Yazdüzü – Ermənistan sərhədi avtomobil yolu;
– texniki göstəricilər: 26,4 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
– görülən işlər: yolun layihələndirməsi işləri aparılır.
– işlərin başa çatdırılması: 2022-ci il.
6. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi;
– texniki göstəricilər: 726,3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
– görülən işlər: yollarda torpaq işləri 83 %, torpaq yatağının və yol geyiminin tikintisi işləri 25 %, boruların tikintisi 95 %, yol nişanları 82 % icra olunub.
– işlərin başa çatdırılması: 2022-ci il.
7. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi;
– texniki göstəricilər: 32 km, III texniki dərəcəli, 2 hərəkət zolaqlı.
– görülən işlər: avtomobil yolunun layihələndirilməsi ilə paralel olaraq, torpaq işləri həyata keçirilir, 13-24 cü km hissədə torpaq yatağının və 1 körpünün tikintisi davam etdirilir.
– işlərin başa çatdırılması: 2022-ci il.
8. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi;
– görülən işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır, paralel olaraq 10 ha sahədə ərazinin təmizlənməsi işləri görülür.
– işlərin başa çatdırılması: 2022-ci il.
9. Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu;
– texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
– görülən işlər: Yolun ilk 8,5 km və 9-22-ci km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.
– işlərin başa çatdırılması: 2022-ci il.
10. Xudafərin – Qubadlı – Laçın avtomobil yolu;
– texniki göstəricilər: 70,4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
– görülən işlər: Qubadlı – Laçın istiqamətində 45 km, Xanlıq istiqamətində 14 km hissədə torpaq yatağının və körpülərin tikintisi işləri aparılır. Torpaq işləri 47 %, yol geyimi 10 %, boru və keçidlərin tikintisi 25 %, körpülərin tikintisi 24 %, istinad divarlarının tikintisi 22 % icra olunub.
– işlərin başa çatdırılması: 2023-cü il.
11. Şükürbəyli – Cəbrayıl – Hadrut avtomobil;
– texniki göstəricilər: 39,7 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
– görülən işlər: torpaq işləri 58 %, yol geyimi 17 %, boru və keçidlərin tikintisi 64 %, körpülərin tikintisi 56 % icra olunub.
– işlərin başa çatdırılması: 2023-ci il.
12. Ağdam – Füzuli avtomobil yolunun tikintisi;
– texniki göstəricilər: 64,8 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
– görülən işlər: torpaq işləri icra olunur, paralel olaraq layihələndirmə aparılır. Torpaq işləri 3 % icra olunub.
– işlərin başa çatdırılması: 2023-cü il.
13. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu;
– texniki göstəricilər: 81,6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.
– görülən işlər: layihə boyu torpaq yatağı inşa olunur, həmçinin 8 körpünün, 6 tunelin və 5 alt keçidin tikintisi aparılır.
– işlərin başa çatdırılması: 2024-cü il.
14. Əhmədbəyli – Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd yeni avtomobil yolu;
– texniki göstəricilər: 123,6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
– görülən işlər: yol boyu torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 50 %, boru və keçidlərin tikintisi 35 %, körpülərin tikintisi 48 % icra olunub.
– işlərin başa çatdırılması: 2024-cü il.
15. Kəlbəcər – Laçın avtomobil yolu;
– texniki göstəricilər: yol – 72,3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 9,8 km.
– görülən işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Ümumi icra vəziyyəti 2 % təşkil edir.
– işlərin başa çatdırılması: 2025-ci il.
16. Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu;
– texniki göstəricilər: yol – 80,7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, Murovdağ tuneli – 11,6 km; tunel 1 – 6,3 km.
– görülən işlər: yolun 12-13 və 26-28 km-də torpaq yatağının inşası, həmçinin zəruri nöqtələrdə suötürücü boruların inşası davam edir. 8,5-8,7 və 12,8-13,5-ci km hissələrdə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-26,5-ci km-də kanalın inşası isə davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb.
– işlərin başa çatdırılması: 2026-cı il.
www.102info.az