Rusiyaya qarşı sanksiyalar Azərbaycan KOB-larına necə təsir edib?

İqtisadiyyat

“Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycanın kiçik və orta biznes (KOB) sahəsində ixracatçıların fəaliyyətinə təsirsiz ötüşməyib”.

Bunu “APA-Economics”ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı dövlət tərəfindən müvafiq işçi qrupu yaradılıb və sahibkarlarla danışıqlar aparılır.

“İşçi qrupunun fəaliyyətindən sonra konkret olaraq hansı ziyan, hansı nəticələr olacaq həm ictimaiyyətə, həm də sahibkarlara bildiriləcək. Ondan sonra da o problemləri aradan qaldırmaq üçün işlər görüləcək. Əlbəttə, dövlət öz sahibkarlarını qoruyacaq və onlara bu sahədə kömək edəcək. Müraciətlər həm KOBİA-da, həm də İqtisadiyyat Nazirliyində qəbul olunur və daha sonra işçi qrupu və dövlətin başqa qurumları da fəaliyyət göstərir”, – deyə O.Məmmədov qeyd edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir