Azərbaycanın tədiyyə balansında ötən il böyük məbləğdə qalıq yaranıb

İqtisadiyyat

2021-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 3 081,4 milyon ABŞ dolları təşkil edib. Halbuki, 2020-ci ildə tədiyyə balasında 1 987,7 milyon dollarlıq kəsir yaranmışdı.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 8 291,6 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), kapital hesabındakı 4,2 milyon dollarlıq kəsir (43,25% az), maliyyə hesabındakı 5 052,4 milyon dollarlıq kəsir (2,1 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 153,6 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.